image-reklam-veteninfo
image-1backend

ABŞ  Çinə neft tədarük edən İran şirkətlərinə  sanksiya tətbiq etdi

image-reklam-veteninfo

ABŞ İranın Çinə sanksiyalara məruz qalmış neft tədarükünü həyata keçirən “kölgə donanmasına” qarşı yeni sanksiyalar paketi elan edib. Vaşinqton bu addımı beynəlxalq sanksiyaları pozaraq qeyri-qanuni neft ticarətinə maneə məqsədilə atıb.

Vətəninfo.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, sanksiyalara Yunanıstan vətəndaşı Antonios Marqaritis və onun nəzarətində olan bir neçə gəmiçilik şirkəti daxil edilib. Nazirlik qeyd edir ki, Marqaritis illərlə gəmiçilik sahəsində topladığı təcrübədən istifadə edərək, İran neftinin daşınması və satışını qeyri-qanuni şəkildə təşkil edib.

Sanksiya siyahısına Marqaritisə bağlı olan və Yunanıstanla Marşal Adalarında qeydiyyatdan keçmiş Marant Shipping and Trading SA, Square Tanker Management Ltd., Comford Management SA, United Chartering SA və Cristobal Marine Corp. kimi şirkətlər daxildir.

Eyni zamanda, BƏƏ-də yerləşən Ozarka Shipping FZCO və ona məxsus Victory Ari, Sondos (Antiqua və Barbuda bayraqlı), Katsuya (Qambiya bayraqlı) gəmiləri, eləcə də Changbai Glory Shipping Limited (Marşal Adaları) tərəfindən idarə olunan Limitinq gəmisinə də sanksiyalar tətbiq olunub.

Bundan əlavə, U Beacon Shipping Co., Limited və Hong Kong Hangshun Shipping Limited şirkətləri (Adeline G və KONGM gəmilərinin sahibləri) və Ares Shipping Limited (Ares gəmisinin sahibi) də “qara siyahı”ya daxil edilib.

Sanksiyalar çərçivəsində bu şəxslərin və şirkətlərin ABŞ-da yerləşən və ya ABŞ vətəndaşlarının nəzarətində olan bütün əmlakı bloklanacaq, onlarla hər hansı maliyyə və kommersiya əməliyyatları qadağan ediləcək.

İranın “kölgə donanması” Rusiyaya da xidmət edir
Financial Times yazır ki, sanksiyalara məruz qalan neftin daşınmasını təmin edən bu qlobal tanker şəbəkəsi 2019-cu ildən fəaliyyət göstərir. İlk mərhələdə İran və Venesuelaya aid neftin daşınmasında istifadə edilən bu sistem, 2022-ci ildən – Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra – Moskva tərəfindən də aktiv şəkildə istifadə olunmağa başlanılıb.

Jurnalistlərin araşdırmasına əsasən, bu qeyri-qanuni neftin 93 faizi Çində satışla nəticələnir. ABŞ administrasiyası isə bu cür əməliyyatların qarşısını almaq üçün təzyiqləri davam etdirəcəyini bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki