image-reklam-veteninfo
image-1backend

ABŞ-da bir nəfər israilli girovlara dəstək aksiyasında terror aktı törədib, ölənlər var

image-reklam-veteninfo

ABŞ-da israilli girovlara dəstək aksiyası zamanı dəhşətli hadisə baş verib. Naməlum şəxs kütləni yandırıb. CNN xəbər verir ki, polis artıq şübhəli şəxsi həbs edib və FTB bu hadisəni mümkün terror aktı kimi araşdırır.

Belə ki, Boulder şəhərində (Kolorado, ABŞ) təcavüzkar iştirakçı izdihamının üzərinə alışan maye olan butulkalar atıb.

Hadisə nəticəsində azı iki nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya aparılıb. Qalan mitinq iştirakçıları yüngül xəsarətlər almış və ya ağır stress keçirmişlər.

Hücum yəhudi icmasının ” Həyatları üçün qaç ” adlı müntəzəm həftəlik tədbiri zamanı baş verib.

Bu aksiyanın heç bir siyasi motivi yoxdur və diqqəti humanitar böhrana cəlb etmək məqsədi daşıyır.

Etirazçılar 7 oktyabr 2023-cü ildə HƏMAS yaraqlılarının İsrailə hücumu zamanı götürdüyü israilli girovlara dəstəyi simvolizə edən qırmızı paltar geyinir, bannerlər və bəzən qırmızı lentlər daşıyırlar.

Şübhəli dərhal hadisə yerində yaxalanıb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, Federal Təhqiqatlar Bürosu (FTB) bu hadisəni qəsdən törədilmiş terror aktı kimi tövsif edir.

Eyni zamanda, müstəntiqlər təcavüzkarın psixi pozğunluqlardan əziyyət çəkə biləcəyini istisna


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki