İkisi uşaq olan dörd nəfərlik ailə Nyu-Yorkun Manhetten rayonunda mənzildə ölü tapılıb. Vətəninfo.az ABC televiziyasına istinadən xəbər verir ki, ölənlərin hamısının cəsədlərində bıçaq yaralarının izləri aşkarlanıb.
ABC mənbələrinin məlumatına görə, polis hadisə yerində bir neçə bıçaq aşkar edib.
Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları mənzil içəridən kilidli olduğundan içəri daxil olmaq üçün güc tətbiq etməli olublar.
Hadisənin səbəbləri açıqlanmır.