Səlahiyyətlilər qeyri-qanuni miqrasiya ilə bağlı məsələləri həll etməsələr, ABŞ-da 2001-ci il 11 sentyabr hücumları ilə müqayisə oluna biləcək böyük terror aktı baş verə bilər. Vətəninfo.az xəbər verir ki, belə bir bəyanatla ABŞ prezidenti Donald Trampın sərhəd təhlükəsizliyi və qeyri-qanuni mühacirlərin deportasiyası üçün məsul təyin etdiyi Tomas Homan çıxış edib. Əvvəlki administrasiya dövründə ABŞ dövlət sərhədini keçərək ölkəyə daxil olan iki milyon qeyri-qanuni immiqrantın kütləvi axtarışının böyük terror aktı ilə nəticələnə biləcəyi sualına cavabında Homan 11 sentyabr terror hücumlarına istinad edərək, “Əminəm ki, qeyri-qanuni immiqrantları tapa bilməsək, belə bir şey baş verə bilər”.
Homan əlavə edib ki, qeyri-qanuni mühacirlər bilərəkdən Amerika sərhədçiləri ilə təmasdan qaçıblar, yoxlanılmaq istəməyiblər, barmaq izini almaq istəməyiblər. Bütün bunlara görə hazırda hakimiyyət orqanları bu miqrantların hazırda harada olduğunu, kim olduqlarını bilmir və bu, qorxulu və ciddi milli təhlükəsizlik məsələsidir.