image-reklam-veteninfo
image-1backend

ABŞ-da dəhşətli təyyarə qəzası: Çoxsaylı ölən var

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, ABŞ-ın Kentukki ştatında ağır aviasiya qəzası baş verib. Ştatın qubernatoru Endi Beşarın açıqlamasına görə, yük təyyarəsi Luisvil şəhəri yaxınlığında qəzaya uğrayıb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində 7 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
Məlumata görə, təyyarə Honoluluya uçmalı idi, lakin uçuş-enmə zolağında alovlanıb. Qısa müddət sonra baş verən partlayış nəticəsində təyyarə tamamilə qəzaya uğrayıb.
Qərb mediası hadisənin mühərrikin yanması səbəbindən baş vermə ehtimalını irəli sürür.
Hadisə yerinə çoxsaylı yanğınsöndürən və xilasedici qruplar cəlb olunub. Səlahiyyətlilər ətraf yaşayış məntəqələrinin sakinlərinə hava limanından 8 kilometr radiusda özlərini təcrid etməyi tapşırıblar.
Luisvil meri Kreyq Qrinberq sosial şəbəkədə paylaşım edərək bildirib:

“Çoxlu xəsarət alanlar var və yanğın hələ də davam edir. Ərazidə bir neçə yol bağlanıb, sakinlərdən xahiş edirik, hadisə yerindən uzaq dursunlar.”

Qəzanın dəqiq səbəbləri hələlik araşdırılır. ABŞ Federal Aviasiya Administrasiyası və Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı təhqiqat başladıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki