ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri, dilimlənmiş hazır ət məhsulları ilə əlaqəli 14 yeni listerioz hadisəsinin müəyyən edildiyini və daha 5 nəfərin xəstəlikdən öldüyünü bildirdi.
Vətəninfo.az-ın məlumatına görə , bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Beləliklə, ölkədə listeria bakteriyalarının törətdiyi xəstəliyə yoluxanların sayı 57-yə, ölənlərin sayı 8-ə çatıb. Bu, ABŞ-da 2011-ci ildən bəri ən böyük listerioz xəstəliyidir.Son beş ölüm hadisəsi Florida, Tennessi, Nyu Meksiko və Cənubi Karolinada qeydə alınıb. Listeria çox davamlı bakteriyadır və müxtəlif səthlərdə, məsələn, ət kəsici alətlərdə, həmçinin yeməklərdə, hətta soyuducuda da yaşaya bilir. Aşağı temperatur bakteriyaları öldürməsə də, yüksək temperaturda istilik müalicəsi onu öldürə bilər.Xəstəliyin simptomlarına atəş, titrəmə və baş ağrısı daxildir. Bəzi insanlarda simptomlar infeksiyadan on həftə sonra görünə bilər.