ABŞ-ın Florida ştatının dörd mahalında “Helen” qasırğası səbəbindənməcburi evakuasiya həyata keçirilib – 70 mindən çox insan təbii fəlakət səbəbindən evlərini tərk edib, Amerikanın “USA Today” qəzeti yazır ki, 1 milyondan çox insan işıqsız qalıb. Qeyd edilir ki, bu qasırğa 1851-ci ildən bəri Florida ştatının Big Bend bölgəsini vuran ilk 4-cü kateqoriyalı qasırğasıdır.
“Sahil və ya alçaq ərazilərdə yaşayanların bu hadisədən sağ çıxa bilməyəcəyi ehtimalı azdır. Vakulla ştatını vurmaq üçün tarixdə heç vaxt belə böyük fırtına olmamışdı”, – Vakulla qraflığının şerifi Jared Miller Facebook-da yazıb.
Hazırda bir nəfərin öldüyü rəsmən məlumdur, lakin yerli hakimiyyət orqanları qasırğa qurbanlarının daha çox olacağını proqnozlaşdırır.