image-1backend

ABŞ-da keçirilən seçkilərdə 82,7 milyon insan erkən səs verib

image-reklam_sirab_01

Noyabrın 5-də keçiriləcək seçkilərdə təxminən 83 milyon ABŞ vətəndaşı erkən səs verib. Vətəninfo.az xəbər verir ki, bunu Florida Universitetinin dərc etdiyi məlumatlar sübut edir.

Onun ekspertlərinin hesablamalarına görə, 82 713 594 sakin vaxtından əvvəl səs verib. Onların 45 milyona yaxını seçki məntəqələrində şəxsən, 37,7 milyona yaxını isə poçt vasitəsilə səs verib. Qeyd olunub ki, erkən səsvermədə iştirak edənlərin 37,8 faizi Demokrat Partiyasının, 35,8 faizi isə Respublika Partiyasının üzvləridir. Digər 26,4 faiz isə partiya mənsubiyyətini göstərməyib.

Erkən səsvermədə iştirak edən ştatların siyahısına Texas (8,9 milyon) başçılıq edir. Florida (8,3 milyon) və Kaliforniya (8,1 milyon) ilk üçlükdədir. ABŞ-da qeydə alınmış seçicilərin sayı təxminən 168 milyon nəfərdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image