image-reklam-veteninfo
image-222backend

ABŞ-da leysan yağışları nəticəsində 3 nəfər həlak olub

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatında güclü yağışlar nəticəsində baş verən sel fəlakətində 3 nəfər həyatını itib, 9 aylıq körpə də daxil olmaqla 4 nəfər itkin düşüb.

ABŞ mətbuatında yer alan xəbərə görə, Pensilvaniya ştatında yağan güclü yağış sellərə səbəb olub.

Bəzi vasitələrin sürükləndiyi seldə 3 nəfər həyatını itirib, 9 aylıq körpə də daxil olmaqla 4 nəfər itkin düşüb.

Polis əhalini axtarış-xilasetmə əməliyyatlarının aparıldığı ərazidən uzaq durmağa çağırıb.

Digər tərəfdən, Nyu-Yorkda yağan güclü yağışlar səbəbindən yüzlərlə reysin ləngidiyi və ya ləğv edildiyi bildirilib.

Milli Hava Xidməti (NWS) Konnektikut, Massaçusets ştatının qərbi, Vermont və Nyu-Hempşir üçün daşqın, Massaçusets və Nyu-Hempşir sərhədində tornado xəbərdarlığı edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki