image-1backend

ABŞ-da məktəb atışma: İki nəfər öldürüldü, 5 nəfər yaralandı

image-reklam_sirab_01

İyunun 6-da axşam saatlarında ABŞ-ın Virciniya ştatının Riçmond şəhərində orta məktəbə buraxılış mərasimində atışma baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Bu barədə Vətəninfo.az  CNN-ə istinadən xəbər verir.

Polisin bildirdiyinə görə, Richmond Monroe Parkında atışma zamanı qaçmağa cəhd edən digər insanlar da yaralanıb. Avtomobilin vurduğu 9 yaşlı qız da yaralananlar arasındadır.

Polis əvvəlcə 2 nəfəri həbs etsə də, sonradan məlum olub ki, onlardan birinin hadisə ilə heç bir əlaqəsi yoxdur. Şübhəli şəxs 19 yaşlı gəncdir və müstəntiqlərin fikrincə, qurbanlardan birini tanımış ola bilər. Onun üzərindən 4 silah tapılıb.

Həlak olanlardan biri 18 yaşlı məzun, digəri isə Altria Teatrında keçirilən buraxılış mərasimində iştirak edən 36 yaşlı kişidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki