ABŞ-da orta məktəb xokkey oyunu zamanı atışma baş verib: bir kişi bir qadını güllələyərək öldürüb, üç uşağı yaralayıb və intihar edib.
Rod-Aylend ştatının Pautuket şəhərində orta məktəb xokkey oyunu zamanı atışma baş verib. İki nəfər ölüb, üç nəfər yaralanıb. Silahlı şəxsin də öldüyü bildirilir.
CBS News şəbəkəsinin verdiyi məlumata görə, hadisə ştat vaxtı ilə təxminən saat 14:00-da (Bakı vaxtı ilə saat 23:00) qeydə alınıb.
Həmin vaxt buz meydançasında iki məktəbin komandaları arasında oyun keçirilirdi.
Yaralanan dörd nəfərin hamısı tibb müəssisələrinə təxliyə edilib. Hazırda onların vəziyyətinin ağırlığı və ya hücumun motivi barədə heç bir məlumat yoxdur.
Polis hadisənin baş vermə səbəblərini araşdırır.


























