Amerikanın dörd ştatında qasırğa və tornadolar nəticəsində 15 nəfər ölüb. Vətəninfo.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
İkisi uşaq olmaqla 7 nəfər Texasda, ikisi Oklahomada, beşi Arkanzasda və bir nəfər Kentukki ştatında ölüb. Qurbanların dəqiq sayı hələlik məlum deyil, lakin NBC-nin qeyd etdiyi kimi, bir neçə Texas sakini yaralanıb və təcili yardım və helikopterlərlə xəstəxanalara aparılıb.
PowerOutage.us resursunun məlumatına görə, Kentukki ştatının 200 mindən çox sakini işıqsız qalıb. Arkanzasda 81 000, Missuridə 79 000, Texasda 41 000 və Tennessidə 22 000 istehlakçı da işıqsız qalıb.