image-reklam-veteninfo
image-1backend

 ABŞ-da seçki qalmaqalı: 48 immiqranta ittiham irəli sürüldü

image-reklam-veteninfo

ABŞ-da 2020–2024-cü illərdə keçirilən federal və yerli seçkilərdə qanunsuz səsvermə və seçici qeydiyyatı ilə bağlı pozuntulara görə 25 ölkədən olan 48 immiqrant saxlanılıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirilib.

Məlumata görə, həbslər Kaliforniya, Florida, Nyu-York, Nevada və Pensilvaniya ştatlarında həyata keçirilib. Saxlanılan 48 nəfərin hamısına qarşı ittiham irəli sürülüb.

İş üzrə əsas epizodların seçici siyahılarında qanunsuz qeydiyyat və seçki prosesinə aid digər pozuntularla əlaqəli olduğu bildirilir.

Saxlanılanlar arasında Kanada, İsrail, Rusiya, Gürcüstan, Braziliya, İrlandiya, Niderland, Polşa, Yunanıstan və Kuba vətəndaşlarının da olduğu qeyd edilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl demokratların noyabrın 3-də keçiriləcək aralıq seçkilərində mümkün saxtakarlıqlara əl ata biləcəyini iddia edib. O, xüsusilə demokratların təsirinin güclü olduğu ştatlarda ABŞ vətəndaşı olmayan şəxslərin səsvermədə iştirak edə biləcəyi ilə bağlı narahatlığını ifadə edib.

Qeyd edək ki, Trampın bu açıqlamaları onun seçki prosesinin təhlükəsizliyi ilə bağlı irəli sürdüyü iddiaların bir hissəsidir. Həmin iddialar ayrıca sübut tələb edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki