image-reklam-veteninfo
image-1backend

ABŞ-da təyyarə qəzasında bütün heyət həlak olub

image-reklam-veteninfo

Şimali Karolina ştatının Statesville Regional Hava Limanında Cessna C550 biznes təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində beş böyük və iki uşaq həlak olub.

Vətəninfo.az xəbər verir ki, bu barədə rayonun polis rəisi Darren Kempbell ABC News-a bildirib. Federal Aviasiya Administrasiyası əvvəllər təyyarənin göyərtəsində altı nəfərin olduğunu bildirmişdi.

Yeddinci şəxsin ölümü ilə bağlı heç bir məlumat verilməyib. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisəni araşdırır.

Təyyarədə olan Qreq Bifflin ailə üzvləri daha sonra açıqlama verərək qəzada ölənlər arasında Bifflin, həyat yoldaşı Kristinanın, oğlu Rayderin və qızı Emmanın olduğunu təsdiqləyiblər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki