image-reklam-veteninfo
image-1backend

ABŞ-da tornadolar 7 nəfərin həyatına son qoyub

image-reklam-veteninfo

ABŞ-ın mərkəzi ştatlarında güclü yağışla müşayiət olunan onlarla tornado nəticəsində azı 7 nəfər ölüb. Yaralılar da var.

Vətəninfo.az xəbər verir ki , tornadolar aprelin 2-də yerli vaxtla axşam ABŞ-ın mərkəzi hissəsində əmələ gəlib, ertəsi gün şərqə doğru hərəkət edib.

Ölənlərin Tennessi, Missuri və İndiana ştatlarında olduğu bildirilir. Arkanzas, Tennessi və Missisipi ştatları üçün aprelin 5-dək davam edə biləcək tufan xəbərdarlığı edilib. Bundan əlavə, aprelin 5-i və 6-da adıçəkilən ştatlarda yağan güclü yağışların daşqınlara səbəb ola biləcəyi ehtimalı var.

Tennessi ştatının Selmer şəhərində qubernatorun sözlərinə görə, bütün məhəllələr dağıdılıb. Ştatın qərbində yerləşən bir universitetdə yağış sularının damına ziyan vurması səbəbindən dərslər ləğv edilib. 

ABŞ prezidenti Donald Tramp Tennessi ştatında fövqəladə vəziyyət elan edilməsini təsdiqləyib ki, bu da ştata yardımın göstərilməsini asanlaşdıracaq.

Kentukki hava limanı, eləcə də bir neçə ticarət binası tornadolarda uçan cisimlər tərəfindən zədələnib.

Bir neçə ştatda 24 saat ərzində bir aylıq yağıntı qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki