Vaşinqton administrasiyası o vaxta qədər dayandırdığı bomba partiyasını tezliklə İsrailə göndərəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) qəzeti yazıb.
Onların sözlərinə görə, ABŞ yəhudi dövlətinə 500 funt (təxminən 227 kiloqram) ağırlığında bombalar göndərəcək. Onların təchizatı may ayında İsrailin Rəfah şəhərində (Qəzza zolağının cənubu) hərbi əməliyyatı ilə əlaqədar dayandırılıb.
Qəzetin yazdığına görə, bomba partiyası “göndərilmə mərhələsindədir”. Sursatların yaxın həftələrdə İsrailə çatdırılması gözlənilir.
Bayden mayın 9-da CNN telekanalına müsahibəsində bildirib ki, ABŞ Rəfahda böyük hərbi əməliyyat keçirəcəyi təqdirdə İsrailə silah tədarükünü dayandıracaq. Həmin gün müdafiə naziri Lloyd Ostin qeyd edib ki, Vaşinqton Rəfəh ətrafındakı vəziyyətlə əlaqədar yəhudi dövlətinə qısamüddətli hərbi yardımın bəzi növlərini nəzərdən keçirir. Onun sözlərindən belə çıxır ki, yüksək güclü hava bombalarının tədarükü müvəqqəti olaraq dayandırılıb.