image-reklam-veteninfo
image-rpx3nosj1syosacxbackend

ABŞ- dan “doğum turizmi” ilə bağlı sərt qərar: Vizalar ləğv edilir

image-reklam-veteninfo

ABŞ səfirliyi “doğum turizmi” məqsədilə ölkəyə səfər edən şəxslərin vizalarının aşkar edildiyi təqdirdə ləğv olunduğunu açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ mediasına verilən açıqlamada bildirilir.

Açıqlamada qeyd olunub ki, Birləşmiş Ştatlar ölkənin təhlükəsizliyini və immiqrasiya sisteminin normal fəaliyyətini təmin etmək məqsədilə viza müraciətlərinin yoxlanılması prosesində ciddi standartlar tətbiq edir.

Müxtəlif ABŞ dövlət qurumları ilə sıx əməkdaşlıq çərçivəsində viza sahiblərinin fəaliyyətini də izləyir.

“Biz viza sahiblərinin fəaliyyətini daim izləyirik ki, ‘doğum turizmi’ hallarını müəyyən edək və bu məqsədlə istifadə edilən vizaları ləğv edək”, – deyə səfirliyin açıqlamasında vurğulanıb.

Qeyd edək ki, “doğum turizmi” xarici vətəndaşların övladlarının ABŞ ərazisində dünyaya gəlməsi və bununla əlaqədar əldə edilən hüquqi imkanlardan yararlanmaq məqsədilə ölkəyə səfər etməsini nəzərdə tutur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki