ABŞ prezidenti Donald Trampın administrasiyası miqrantların ABŞ hərbi bazalarında yerləşdirilməsi planı hazırlayır.
Vətəninfo.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.
Hərbi obyektlərin bazasında deportasiya mərkəzləri yaradılacaq.
İlk belə baza Texasdakı Fort Bliss olacaq və burada on minə yaxın miqrant yerləşdiriləcək. Onlar orada ABŞ-dan deportasiyanı gözləyəcəklər.
Fort Bliss digər hərbi obyektlər üçün nümunə olacaq. Xatırladaq ki, Tramp dəfələrlə miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olub.