ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel bəyan edib ki, ABŞ Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda keçiriləcək danışıqların növbəti mərhələsini səbirsizliklə gözləyir. Bu barədə Vətəninfo.az diplomatın jurnalistlərlə keçirdiyi brifinqdə verdiyi açıqlamaya istinadən xəbər verir .
“Tərəflər Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə can atmağa davam etdikcə, biz danışıqların növbəti raundunun Vaşinqtonda keçirilməsini səbirsizliklə gözləyirik. Bu barədə həm dövlət katibi, həm də başqaları danışıb. Biz davamlı və ləyaqətli sülhə nail olmaq üçün birbaşa dialoqun əsas olduğuna inanmağa davam edirik”, – Patel bildirib.
Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov danışıqların növbəti raundu çərçivəsində Vaşinqtonda görüşəcəklər. İyunun 12-də müzakirələr başlayacaq.