Bu gün ABŞ Dövlət Departamenti farsdilli “X” hesabında paylaşım edərək, İran hökumətinin etirazlar fonunda ölkədə interneti kəsməsinə münasibət bildirib. Vətəninfo.az xəbər verir ki, Departamentin açıqlamasında qeyd olunub ki, İslam Respublikası İran xalqının səsini boğmaq üçün interneti tamamilə bağlayıb.
ABŞ Dövlət Departamentindən bildirilib ki, xalqın iradəsini bir gecədə elektrik kimi söndürmək mümkün deyil. Departament İran xalqına müraciət edərək vurğulayıb: “Dünya sizi hələ də görür və eşidir”.


























