ABŞ Dövlət Departamenti Qaxariyaya qarşı zorakılığı pisləyir.
Vətəninfo.az xəbər verir ki,bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller X-də yazıb.
“Biz Gürcüstanın dinc vətəndaşlarına, etirazçılara, jurnalistlərə və müxalifət nümayəndələrinə, o cümlədən Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyaya qarşı zorakılığı qətiyyətlə pisləyirik. Bu, ölkəni təcrid vəziyyətinə salacaq “Gürcü arzusu”nun repressiv taktikasının növbəti nümunəsidir”.- Metyu Miller qeyd edib.