image-1backend

ABŞ dövlət katibi Hakan Fidanla Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə edib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus bildirib ki, dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.

Söhbət zamanı Rubio və Fidan Azərbaycan və Ermənistan arasında sabit və ləyaqətli sülhün əldə edilməsinin vacibliyini müzakirə ediblər.

Türkiyənin NATO-nun əsas müttəfiqi kimi rolu və regional sabitlikdəki əhəmiyyəti də qeyd olunub.

Rubio regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi naminə əməkdaşlığın vacibliyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image