image-1backend

ABŞ dron hücumuna görə bir  iranlıya və İran əsilli amerikalıya cinayət işi açıb 

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki, dünən ABŞ prokurorları bildiriblər ki, İrana bağlı silahlıların İordaniyada, Suriya sərhədi yaxınlığında ötən yanvar ayında dron hücumuna görə iki nəfəri ittiham ediblər. Bildirilib ki, hücum üç ABŞ əsgərinin ölümü və 40-dan çoxunun yaralanması ilə nəticələnib.
Bostondakı prokurorlar vurğulayıblar ki, cinayət işi üzrə biri İran vətəndaşı, digəri isə ikili vətəndaşlığı olan İran əsilli amerikalı təqsirləndirilir. Məlumata görə, İran vətəndaşı olan Mehdi Məhəmməd Sadeqi Massaçusets ştatında həbs edilib və tezliklə məhkəmə qarşısına çıxarılacaq.
Qeyd olunub ki, digər təqsirkar Məhəmməd Abdini Nəcəfabadi ABŞ hüdudlarından kənarda İtaliyada saxlanılıb. Eyni zamanda, Suriyada ABŞ əsgərlərinə edilən hücumda drona baxış zamanı onun hissələrinin İran istehsalı olduğu aşkarlanıb. (Amerikanın Səsi)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image