image-2backend

“ABŞ Əfqanıstandakı müharibəni niyə uduzdu?” – Milley

image-reklam_sirab_01

Amerika Birləşmiş Ştatları Baş Qərargah rəisi, general Mark Milley sözügedən mövzu ilə bağlı şərhlər verib.

Vətəninfo.az xəbər verir ki, ABC televiziyasına müsahibəsində ABŞ-ın Əfqanıstandakı müharibə və 2021-ci ildə bu ölkədən çıxması ilə bağlı qiymətləndirmələr aparan M.Milley deyib: “Əfqanistandakı müharibə mənim istədiyim kimi bitmədi. Heç birimizin istədiyi kimi qurtarmadı.

Sizin dəstəklədiyiniz paytaxt işğal olunursa, bu, artıq bir geriçəkilmə və strateji uğursuzluqdur.

Bəli, biz müharibəni uduzduq.

20 ildən artıq idi ki, Taliban və onların müttəfiqləri ilə mübarizə aparırdıq. Amma onlar paytaxtda üstünlük təşkil edirdilər, qalib gəldilər.

Müharibə 10 gün, ya 10 ayda itirilmir. Savaşlar uzun illər ərzində bir çox növbə və dəyişikliklərin məcmu təsiridir.

Əlbəttə, 11 sentyabr 2011-ci ildə “Əl-Qaidə” hücumlarından bəri çox pərişan olmuşduq. O gündən Əfqanıstanda 2400-dən çox əsgərimizi itirdik. Təkcə Kabil hava limanına hücumda 13 əsgərimiz (2021) dünyasını dəyişdi. Çox təəssüflər olsun. İtirilən hər əsgər bir peşmanlıqdır.

ABŞ ordusu Əfqanıstandan təxliyəyə daha əvvəl başlamalı idi. Amma nə olursa olsun, deməliyik ki, ABŞ ordusu 20 il ərzində Əfqanıstandan gələn hücumların qarşısını aldı, xalqa yaxşı həyat ümidi verdi. Bütün səhvlərə baxmayaraq 124 min insanı təxliyə edə bildik ki, bu geri çəkilmə prosesi üçün “inanılmaz bir logistik uğur” idi.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki