image-1backend

ABŞ Enerji Departamenti Azərbaycanın ehtiyatları haqda

image-reklam_sirab_01

ABŞ Enerji Departamenti: Azərbaycanda təsdiqlənmiş neft ehtiyatları 2025-ci il yanvarın 1-nə 7 milyard barel, qaz ehtiyatları isə 60 trilyon kubfut təşkil edir.

Azərbaycanda kondensat nəzərə alınmadan neft hasilatının pik həddi 2009-2010-cu illərdə gündəlik təxminən 1 milyon barel həcmində qeydə alınıb.

“Biz ölkənin ümumi maye karbohidrogen istehsalının 2024-2026-cı illər arasında gündə orta hesabla 600 min bareldən bir qədər çox olacağını proqnozlaşdırırıq”, – departamentdən bildirilib.

ABŞ Energetika Nazirliyi qeyd edir ki, Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku Azərbaycanda maye karbohidrogen hasilatının əsas mənbəyidir, baxmayaraq ki, burada hasilat 2010-cu ildə gündəlik 823,1 min barel həddinə çatıb.

“Bu yataqlar blokunun nefti, həmçinin “Şahdəniz” qaz yatağından hasil edilən kondensat Azərbaycanın hasil etdiyi və ixrac etdiyi əsas maye karbohidrogenlərdir”, – nazirlikdən qeyd olunub.

Departamentin məlumatına görə, Qazaxıstanda təsdiqlənmiş neft ehtiyatları 2025-ci il yanvarın 1-nə 30 milyard barel, Türkmənistanda 600 milyon barel, Özbəkistanda 594 milyon barel təşkil edir.

Energetika Nazirliyi onu da qeyd edib ki, 2023-cü ildə Xəzər regionunun üç ölkəsi (Azərbaycan, Qazaxıstan, Türkmənistan) və Özbəkistanın payına qlobal enerji istehsalının 3%-i, qlobal istehlakın isə 1%-i düşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image