image-indirbackend

ABŞ Ermənistanda kiçik modul nüvə reaktorlarının tikintisini nəzərdən keçirir

image-reklam_sirab_01

ABŞ layihənin “həm Rusiyadan, həm də Çindən enerji müstəqilliyini” azaltmaq üçün nəzərdə tutulduğunu gizlətmir.

ABŞ Ermənistanda və Avrasiyanın digər dövlətlərində kiçik modul nüvə reaktorlarının tikintisi imkanlarını nəzərdən keçirir. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin Avropa və Avrasiyaya yardım proqramlarının koordinatoru Mariya Lonqi ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

“Bir sıra ölkələrdə, o cümlədən Ermənistanda biz Amerika texnologiyasından istifadə etməklə tikilmiş və həm Rusiyadan, həm də Çindən daha böyük enerji müstəqilliyinə gətirib çıxara bilən kiçik modul nüvə reaktorlarının yaradılmasının mümkünlüyünü qiymətləndiririk”, o deyib.

Xatırladaq ki, hələ 2018-ci ilin fevralında Ermənistan hakimiyyəti bəyan etmişdi ki, Ermənistan kiçik reaktorlardan modul tipli atom elektrik stansiyasından faydalana bilər . Ümumdünya Nüvə Assosiasiyasının məlumatına görə, kiçik nüvə reaktorları nəinki mütləq qiymətə görə (bu təbiidir), hətta elektrik enerjisi vahidinə görə də ucuz ola bilər, çünki onlar daha az təhlükəsizlik və soyutma sistemləri tələb edir.

Təşkilatın hesablamalarına görə, 2030-cu ilə qədər dünyada elektrik enerjisi üçün 40-dan 100-ə yaxın az güclü reaktor tikiləcək. Assosiasiya 300 meqavatdan aşağı olan reaktorları kiçik hesab edir. Bir sıra Avropa şirkətləri və qurumları da uran batareyaları üzərində mikro-reaktorlar (təxminən 4 MVt) konsepsiyasını hazırlayır.

Xatırladaq ki, Ermənistanda fəaliyyət göstərən atom elektrik stansiyası 2016-cı ildə işləri başa çatdırmalı idi, lakin genişmiqyaslı modernləşdirmə və yenidən təchizat işləri sayəsində layihələndirmə müddəti 2026-cı ilə qədər uzadılıb. İş 189 milyon dollar məbləğində Rusiyanın kredit və qrant vəsaitləri və Ermənistanın dövlət büdcəsindən 63,2 milyard dram, 162,8 milyon dollar ekvivalentində maliyyələşdirilib.

Artıq başa çatmış modernləşdirmə işləri, habelə müvafiq təşkilatların rəyləri və analoji enerji bloklarının istismar müddətinin uzadılması üzrə beynəlxalq təcrübə nəzərə alınmaqla, əlavə investisiyalar və görülən işlər hesabına ikinci blokun layihə müddətinin uzadılması üçün imkanların yaradılması nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki