image-2backend

ABŞ əsgərləri terrorçularla birgə silahlı təlim keçirib

image-reklam_sirab_01

Suriyada separatçı terror təşkilatı PKK/YPG-nin silahlı təlimlərini davam etdirən ABŞ ordusu Haseke vilayətinin şimal-şərqindəki Kamışlı rayonunda terrorçularla birgə silahlı təlim keçirib.

Yerli mənbələrdən əldə edilən məlumata görə, ABŞ əsgərlərinin onlarla PKK/YPG terrorçusu ilə birlikdə Kamışlıda keçirdiyi təlim avqustun 15-17-də baş tutub.

Vətəninfo.az xəbər verir ki, Birgə silahlı təlimdə zenit silahları, ABŞ istehsalı “Bradley” zirehli döyüş maşınları və müxtəlif ağır silahlardan istifadə olunub.

Qeyd edək ki, ABŞ Ordusu separatçı terror təşkilatı PKK/YPG-yə Hasəkənin Əbdüləziz dağındakı bazalarında və Deyr əz-Zor vilayətindəki əl-Ömər və Koniko neft yataqlarında tez-tez hərbi təlimlər keçirir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki