image-reklam-veteninfo
image-1backend

ABŞ Fələstinlilərə  viza verilməsini  tamamilə dayandırıb – New York Times

image-reklam-veteninfo

ABŞ hökuməti Fələstin pasportu daşıyan şəxslər üçün viza təsdiqini demək olar ki, tamamilə dayandırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə New York Times bazar günü adının açıqlanmasını istəməyən rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, məhdudiyyətlər Donald Tramp administrasiyasının Qəzzadan olan ziyarətçilərə tətbiq etdiyi əvvəlki qaydaları da üstələyir. Yeni qərar Fələstinlilərin müalicə, təhsil və işgüzar səfər məqsədilə ABŞ-a səyahət etməsinə ciddi şəkildə əngəl yaradır.

ABŞ Dövlət Departamenti iki həftə əvvəl, Fələstin tərəfdarı təşkilatlar tərəfindən sərt şəkildə tənqid olunan qərarla, Qəzza zolağından olan şəxslər üçün bütün ziyarət vizalarının verilməsini dayandırdığını elan etmişdi. Rəsmilər bu qərarı “tam və hərtərəfli araşdırma” aparılması ilə əsaslandırıblar.

Fələstin rəhbərlərinə BMT üçün viza verilməyib

ABŞ Dövlət Departamenti eyni zamanda sentyabr ayında keçiriləcək BMT Baş Assambleyası öncəsi Fələstin Azadlıq Təşkilatı (FAT) və Fələstin Administrasiyası (PA) üzvlərinə viza verilmədiyini və verilmiş vizaların da ləğv edilməyə başladığını təsdiqləyib.

Qeyd edək ki, BMT-nin mənzil qərargahına ev sahibliyi edən ABŞ razılaşmaya əsasən, təşkilatın rəsmi tədbirlərində iştirak edəcək nümayəndələrə viza verməkdən imtina etməməlidir. Lakin Dövlət Departamenti bu razılaşmaya riayət etdiyini, çünki Fələstin missiyasının BMT tədbirlərinə qatılmasına qismən icazə verildiyini bildirib.

Rəsmi açıqlama: “Milli təhlükəsizlik maraqlarımıza uyğundur”

Departamentin yaydığı bəyanatda bildirilir:

“Tramp administrasiyasının mövqeyi aydındır: Fələstin Təhlükəsizlik Təşkilatı və Fələstin Administrasiyası öhdəliklərinə əməl etmədiyinə və sülh prosesinə zərbə vurduğuna görə məsuliyyət daşıyır. Bu qurumlara qarşı tədbir görmək ABŞ-ın milli təhlükəsizlik maraqları ilə uzlaşır”.

Ekspertlər hesab edir ki, bu addım Tramp administrasiyasının siyasətini Fələstin dövlətinin yaranmasına qarşı çıxan İsrailin sağçı hökumətinə daha da yaxınlaşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki