ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus təyyarə Kaliforniyadakı North Island Hərbi Hava Qüvvələri stansiyası yaxınlığında San Dieqo körfəzinə düşüb.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı orduya istinadən məlumat yayıb.
Hərbi Dəniz Qüvvələri elektron müharibə üçün nəzərdə tutulmuş Boeing EA-18G Growler-in suya düşdüyünü bildirib. İdarədən əlavə ediblər ki, hər iki pilot qaça bilib və xəstəxanaya yerləşdirilib.
Pilotları balıqçı gəmisi xilas edib.
Telekanal yazır ki, hadisə yerinə 60 yanğınsöndürən və müxtəlif texnika, o cümlədən bir helikopter göndərilib.