ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayığı Cənubi Koreyanın Busan şəhərinə gəlib
ABŞ-ın nüvə sualtı qayığı sentyabrın 23-də Cənubi Koreyanın cənub-şərqindəki böyük hərbi dəniz bazasına gəlib. Vətəninfo.az xəbər verir ki , bu barədə “Yonhap” məlumat yayıb.
Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, USS Vermont gəmisi tədarükləri artırmaq və ekipaj üzvlərinin istirahətini təmin etmək üçün bölgədə əməliyyatlar apardıqdan sonra Busan hərbi dəniz bazasına gəlib.
Cənubi Koreya donanmasının sualtı gəminin ekipaj üzvləri ilə “dostluq mübadiləsi tədbirləri” keçirməyi planlaşdırdığı bildirilir.
Qeyd olunur ki, bu, sualtı qayığın 2020-ci ildə istismara verilməsindən sonra Cənubi Koreyaya ilk səfəridir.
ABŞ sualtı qayığının gəlişi Koreya yarımadasında gərginliyin artdığı bir vaxta təsadüf edir.