image-1backend

ABŞ Hindistana sankisya tətbiq edir -İrana görə…

image-reklam_sirab_01

ABŞ İranla strateji əhəmiyyət daşıyan Çabahar limanının idarə olunması ilə bağlı razılaşmaya görə Hindistanı sanksiyalarla hədələyib.

Vətəninfo.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Vedat Patel deyib.

Mayın 13-də Hindistan və İran sözügedən limanın 10 il müddətinə idarə edilməsinə dair saziş imzalayıb ki, bu da ölkə üçün xarici limanın idarə edilməsində unikal hal olacaq.

Hindistan İranın Sistan və Bəluçistan əyalətlərindəki Çabahar limanını Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində tranzit mərkəzinə çevirməyə çalışır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki