image-1backend

ABŞ ilk Ukrayna F-16 pilotlarının təlimini başa çatdırdı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Arizona Milli Qvardiyasının nümayəndəsi Erin Hanniqan Politico-ya bildirib ki, Ukrayna pilotlarının birinci qrupu Amerikanın F-16 qırıcılarını ABŞ-da idarə etmək üçün təlim keçib.

Pilotlar Tusondakı 162-ci Hərbi Hava Qüvvələri bazasında təlim keçiblər. Təlim keçmiş pilotların sayı “təhlükəsizlik baxımından” açıqlanmır. Təlimin başa çatması F-16-nın Ukrayna səmasında təqdim edilməsi istiqamətində həlledici addımdır, Hanniqan vurğulayıb.

Mənbənin Politico-ya verdiyi məlumata görə, pilotlar əlavə təlim keçmək üçün hazırda Avropaya yollanırlar.

İndiyədək məlum idi ki, on nəfərə yaxın ukraynalı hərbçi Hollandiyada döyüş təyyarələrinə texniki xidmət kurslarından keçib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki