ABŞ-ın birinci xanımı Cill Bayden COVID-19-a yoluxub və yüngül simptomları var. Vətəninfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
“Birinci xanımın bu gecə COVID-19 testi müsbət çıxıb. Hazırda onun yalnız yüngül simptomları var. O, Delaver ştatının Rehoboth Beach-dəki evində qalacaq”, – sənəddə deyilir.