Amerika tərəfi İranla danışıqlarda Tehranın uranın zənginləşdirilməsindən tamamilə imtina etməsinə nail olmağa çalışmamalıdır.
Vətəninfo.az xəbər verir ki , bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Uran zənginləşdirmə qurğularına sahib olmamalı olduğumuzu deyəndə, bu, dominantlıq cəhdidir”. Onlar narahat olduqlarını deyirlər. Bəs belə bir narahatlıq İran xalqını uranı zənginləşdirmək imkanından məhrum edə bilərmi? “Belə bir variant İran üçün qəbuledilməzdir”, – nazir qeyd edib.
Əraqçi bir daha vurğulayıb ki, İran nüvə silahına sahib olmaq niyyətində deyil. “Əgər onların narahatlığı nüvə silahı ilə bağlıdırsa, bəli, biz də belə silahların qəbuledilməz olduğuna inanırıq”, – İranın xarici işlər naziri deyib.
İran və ABŞ artıq İranın nüvə proqramı ilə bağlı vasitəçilik danışıqlarının bir neçə raundu keçiriblər, lakin hələlik yekun razılığa gəlməyiblər.
Published by Armenpress, original at https://armenpress.am/hy/article/1221094