Suriyanın şimal-şərqində helikopterin qəzaya uğraması nəticəsində 22 amerikalı hərbçi yaralanıb. Bu barədə Vətəninfo.az ABŞ Mərkəzi Komandanlığının “Twitter” səhifəsində yaydığı mesaja istinadən xəbər verir .
“İyunun 11-də Suriyanın şimal-şərqində helikopterlə bağlı insident nəticəsində 22 ABŞ hərbçisi müxtəlif dərəcəli xəsarətlər alıb. Əsgərlər müalicə alırlar. 10 nəfər mərkəzi komandanlıqdan kənar daha ixtisaslaşmış obyektlərə təxliyyə edilib”, – nəşr yazır.
ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, hadisənin səbəbi araşdırılır. Eyni zamanda, “düşmən tərəfindən atəş açılmadığı” bildirilir.