image-1backend

ABŞ-ın ikili oyunu:Ukraynaya bu məlumatlar verilir

image-reklam_sirab_01

Ağ Evdəki qalmaqaldan sonra ABŞ Ukraynaya hərbi yardımı dayandırsa da, Pentaqon hərbi kəşfiyyat məlumatlarını Ukrayna ilə bölüşməkdə davam edir. Ağ Ev sahibi hələ ki, kəşfiyyat mübadiləsinin qarşısını almayıb. Bunun iki səbəbi var. Birincisi, Pentaqonun Ukrayna hərbi komandanlığına kəşfiyyat məlumatlarını ötürməsi böyük maliyyə tələb etmir. İkincisi, ABŞ mövcud peyk və digər vasitələrlə Rusiya qoşunlarının Ukrayna ərazisində yerdəyişmələrini onsuz da izləyir və bu məlumatları Kiyevə ötürür.
ABŞ Ukraynaya hərbi texnika göndərməyi dayandırsa, Avropa dövlətləri Ukraynaya hərbi texnika göndərməli olacaqlar. Ancaq Avropa ölkələrinin ABŞ-ın kosmik izləmə texnologiyasını əvəz etmək imkanı yoxdur. Buna görə də, Ukrayna və Avropa üçün vacibdir ki, ABŞ heç olmazsa kəşfiyyat məlumatlarını Kiyevlə bölüşməkdə davam etsin. Əks halda, yəni Kiyevin Rusiya qoşunlarının minlərlə kilometr məsafədə yerdəyişmələri barədə kəşfiyyat məlumatları olmasa, bu Ukraynanın vəziyyətini ağırlaşdıracaq. Donald Tramp da anlamamış deyil ki, Ukraynanı bu dəstəkdən də məhrum edərsə, bununla Rusiyanın qələbəsini sürətləndirəcək. Bu isə Kremllə normal münasibətlər qurmasına baxmayaraq, nə Trampın, nə də ABŞ-ın maraqlarına uyğundur.

Elxan Şahinoğlu

Politoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image