Vətəninfo.az xəbər verir ki, İran hökumətinin sözçüsü Fatimə Mühacərani çərşənbə günü bildirib ki, ABŞ-ın İranın cənubuna endirdiyi hava zərbələri nəticəsində ən azı 30 mülki şəxs həlak olub.
“Son günlərdə ölkənin cənubunda baş verən hücumlarda 30-dan çox mülki şəxs həlak olub. Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verir və dəstəyimizi bildiririk, günahsız qurbanların xatirəsini ehtiramla yad edirik”, – deyə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.


























