Vətəninfo.az Shafaq News-ə istinadən xəbər verir ki , təhlükəsizlik mənbəsi cümə axşamı İraqın qərbindəki Ayn əl-Əsəd aviabazasının raketlərlə hədəfə alındığını bildirib .
Mənbə Şəfəq Xəbər Agentliyinə bildirib ki, baza ən azı iki raketlə vurulub, lakin istifadə olunan raketlərin növü məlum deyil.
“Təhlükəsizlik qüvvələri raketlərin atıldığı ərazinin müəyyən edilməsi üçün axtarış əməliyyatı aparır”, – mənbə əlavə edib.
Mümkün maddi ziyan və ya hücumun arxasında duranlar barədə məlumat verilməyib.


























