image-1backend

“ABŞ-ın İraqdakı missiyası iki mərhələdə sona çatdırılacaq”- Abbasi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İraqın müdafiə naziri Sabit Abbasi Amerika əsgərlərinin iki ilə İraqdan çıxarılması üçün ABŞ ilə razılaşdıqlarını bildirib.

“Al-Arabiya Al-Hadas” telekanalına müsahibəsində ABŞ qoşunlarının İraqdan çıxarılması məsələsinə toxunan S.Abbasi deyib: “Amerika əsgərləri 2 il ərzində İraqdan çəkiləcək. ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqdakı missiyasının iki mərhələdə başa çatdırılması ilə bağlı razılıq əldə olunub. Birinci geri çəkilmə mərhələsi bu il başlayacaq və 2025-ci ilə qədər davam edəcək. İkinci geri çəkilmə mərhələsi isə 2026-cı ildə başa çatacaq.

ABŞ Müdafiə naziri Lloyd Ostin iki illik müddətin geri çəkilmək üçün kifayət etmədiyini və 1 il də əlavə olunmasını istəsə də, rəsmi Bağdad bu müddəti 2 ildən çox uzatmaq fikrində deyil.

Rəsmi Vaşinqtonla geri çəkilmə sazişi yaxın günlərdə imzalanacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki