image-1backend

ABŞ-ın sankisyaları Yaponiyaya ciddi zərbə vura bilər

image-reklam_sirab_01

ABŞ-ın yeni seçilmiş prezident Donald Tramp administrasiyası tam olaraq vəzifəyə gəldikdən sonra Çinə qarşı tətbiq edə biləcəyi yeni sanksiyalar Yaponiya iqtisadiyyatına, xüsusən də yarımkeçiricilər istehsal edən yapon elektronika şirkətlərinə ciddi zərbə vura bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” nəşri məlumat yayıb. Sektorun ən böyük şirkətləri bu sanksiyaların məhsullarının Çinə ixracına təsir edə biləcəyindən narahatdırlar.

Baxmayaraq ki, Bayden administrasiyası Çinlə minlərlə biznes xətti ilə əlaqəli olan bu sahədə həm Yaponiya, həm də Hollandiya müəssisələrinə də kifayət qədər ciddi təzyiqlər göstərmişdir. Halbuki indiyə qədər məsələ Çinə aparıcı texnologiyaların tədarükünün qadağan edilməsi ilə bağlı idi. Bu perspektivin fonunda Pekin sanksiyalar qadağası altında ola biləcək avadanlıq və malların alınması həcmini kəskin şəkildə artırmağa başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image