ABŞ silahlı qüvvələrinin Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko neft-qaz yatağı yaxınlığındakı hərbi bazasına hücum edilib.
Vətəninfo.az-ın məlumatına görə , bu barədə Mehr agentliyi yerli KİV-ə istinadən xəbər verir.Nəşrlərə görə, uçan obyektləri dəf etmək üçün ABŞ-ın müdafiə sistemləri işə salınıb.Bəzi mənbələr hücumdan sonra ABŞ hərbi pilotsuz təyyarələrinin mümkün hücumların qarşısını almaq üçün hərbi baza üzərində səmada patrul etməyə başladığını bildirib.Livanın “Al Mayadeen” telekanalının mənbələri hücum nəticəsində maddi ziyanın dəydiyini bildirib. KİV həmçinin bildirib ki, raket hücumundan dərhal sonra Suriya ordusunun nəzarətində olan Deyr əz-Zorun şərq ətrafı da daxil olmaqla hərbi bazadan cavab atəşi açılıb.