image-222backend

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi

image-reklam_sirab_01

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb.

ABŞ dövlət katibi Antoni Blinken yeni 300 milyon dollarlıq paketə raket sistemi sursatları, haubitsa artilleriya sistemi və mərmilər və tank əleyhinə raketlərin daxil olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, Blinken “Ukraynalı tərəfdaşlarımızın Rusiyanın təcavüzkar müharibəsinə qarşı müdafiəsi zamanı onların yanında olmağa davam edəcəyik”, – deyə qeyd edib.

A.Blinken ABŞ və müttəfiqlərinin Rusiya müharibəni bitirənə qədər Ukraynaya dəstəyi davam etdirəcəklərini də vurğulayıb.

Pentaqonun verdiyi açıqlamada paketə Yüksək Performanslı Artilleriya Raket Sistemi (HIMARS) sursatlarının, 155 mm-lik haubitsa sistemi və mərmilərin, 120, 80 və 60 mm-lik minaatan mərmilərin, TOW və AT-4 tank əleyhinə raketlər ilə Hydra-70 hava raketlərinin daxil olduğu bildirilib.

Ayrıca paketə atıcı silahların sursatları, partlayıcı maddələr və ağır texnika ilə söküntü üçün nəzərdə tutulmuş avtomobil daşıyıcıları, texniki xidmət avadanlıqları və ehtiyat hissələri əlavə edildiyi vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki