image-1backend

ABŞ  İran aviaşirkətinə qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzatdı 

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki ABŞ İranın “Mahan Air” aviaşirkətinə, eləcə də onun Böyük Britaniya, İordaniya, İraq, BƏƏ, Suriya, Türkiyə və Fransadakı keçmiş tərəfdaşlarına qarşı sanksiyaların müddətini yenidən uzadıb.
Məlumata görə, bununla bağlı, ABŞ Ticarət Nazirliyi bildirib ki, İran aviaşirkəti 2022-ci ilin əvvəlindən Rusiya ilə bağlı ixraca nəzarət tədbirlərini davamlı olaraq pozub və Moskvaya uçuşlarda ABŞ-nin müvafiq lisenziyası olmadan “Boeing” təyyarələrindən istifadə edib.
Qeyd olunub ki, sanksiyalar daha bir il müddətinə qüvvədə qalacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image