image-reklam-veteninfo
image-1backend

ABŞ İran neftini aldığı üçün Çinin neft emalı zavoduna sanksiya tətbiq edib

image-reklam-veteninfo

ABŞ Çinin neft emalı zavoduna, eləcə də bir neçə İran şirkəti və gəmisinə qarşı yeni sanksiyalar elan edib. Vətəninfo.az  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb .

Bəyanatda deyilir: “ABŞ Çinin Shandong Shengxing Chemical Co., Ltd. şirkətinə 1 milyard dollardan çox İran nefti aldığına görə sanksiyalar tətbiq edir.

Dövlət Departamenti Çinə neft ixrac edən bir neçə İran şirkəti və gəmisinə qarşı da yeni sanksiyaların tətbiq ediləcəyini bildirib.

Departamentin sözçüsü Tammy Bruce İrana və onun tərəfdaşlarına sanksiyalardan yayınmağa görə məsuliyyət daşımaları barədə xəbərdarlıq edib. O, ABŞ prezidenti Donald Trampın İrana maksimum təzyiq siyasətini davam etdirmək, həmçinin İran neftinin Çin və digər ölkələrə qeyri-qanuni ixracını sıfıra endirmək niyyətində olduğunu vurğulayıb.

Hesabatda qeyd edilir ki, yeni sanksiyalar İranın neft və neft-kimya sektorlarına qarşı sanksiyaların altıncı raunduna start verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki