Vətəninfo.az “Sputnik Iran”a istinadən xəbər verir ki, bu gün Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko “ABŞ İrana zərbə endirərsə, Moskvanın Tehrana hərbi yardım göstərə bilməyəcəyini” açıqlayıb.
Rudenkonun sözlərinə görə, Amerikanın İrana mümkün hücumu bölgə üçün ən pis nəticələrə yol açacaq.
O, Moskvanın Tehrana hərbi yardım göstərə bilməyəcəyini dilə gətirsə də, münaqişənin həlli üçün tədbirlər görəcəyini qeyd edib.