image-reklam-veteninfo
image-1backend

“ABŞ İrana hücumlara gündə milyonlarla dollar pul xərcləyib” – Nyu-York meri

image-reklam-veteninfo

Nyu-York şəhərinin müsəlman meri Zöhran Məmdani ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların böyük maliyyə yükü yaratdığını bildirib.

Onun sözlərinə görə, ABŞ İranı bombalamağa gündə ən azı 500 milyon dollar xərcləyib.

Məmdani qeyd edib ki, bu vəsait ölkə daxilində təhsil, mənzil, infrastruktur və işçi dəstəyi kimi sosial ehtiyacların qarşılanmasına sərf oluna bilərdi.

Nyu-York meri vurğulayıb ki, həmin məbləğ minlərlə müəllimin işə götürülməsi, əlverişli mənzillərin tikilməsi, eləcə də yolların və körpülərin yenilənməsi üçün istifadə oluna bilərdi.

Zöhran Məmdani ABŞ hökumətini hərbi xərclər əvəzinə daxili sosial problemlərin həllinə daha çox diqqət ayırmağa çağırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki