image-reklam-veteninfo
image-1backend

ABŞ İrana tədarük edən 26 xarici şirkətə sanksiya tətbiq edib

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi, İrana Amerika məhsullarını tədarük etmək məqsədilə Honq-Konq, Çin, BƏƏ və Türkiyədə yerləşən 26 şirkətə sanksiya tətbiq edib. Sanksiyalar ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə dərc edilən bildirişdə elan olunub.

Siyahıda, Pekin və Şanxay da daxil olmaqla, Honq-Konq və Çinin materik şəhərlərində yerləşən 19 şirkət yer alır. Bu şirkətlər, İranın hərbi sənayesi tərəfindən Yəməndəki üsyançı qruplaşma Ənsar Allaha verilən pilotsuz uçuş aparatlarının istehsalı üçün istifadə edilən elektron komponentlər və digər Amerika məhsullarını tədarük ediblər. ABŞ Xəzinədarlıq Departamentinin məlumatına görə, bu şirkətlər vasitəsilə alınan elektron komponentlər, İsraildə vurulan pilotsuz təyyarələrin qalıqlarında aşkarlanıb.

Bundan əlavə, ABŞ Xəzinədarlıq Departamenti, Honq-Konqda, Emili Liunun adından əməliyyatlar aparan üç ünvanı qara siyahıya salıb. ABŞ səlahiyyətlilərinə görə, Emili Liun, ABŞ-ın sanksiyalarına məruz qalan İranın hərbi qurumları və şirkətlərinin maraqlarına xidmət edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki