image-reklam-veteninfo
image-1backend

ABŞ İrana yenilənmiş nüvə sazişi təklifini təqdim edib 

image-reklam-veteninfo

Dünən Ağ Evin mətbuat katibi Karolin Levitt deyib ki, Trampın xüsusi nümayəndəsi Stiven Uitkof İrana nüvə razılaşması üçün ətraflı və məqbul təklif göndərib.
Onun sözlərinə görə, bu təklifi qəbul etmək İranın marağındadır. Eyni zamanda Uitkofun təklifi ABŞ-nin İranın bütün zənginləşdirmə fəaliyyətlərinin dayandırılmasını tələb etdiyi bir vaxta təsadüf edir.
Qeyd olunub ki, son həftələr İran rəsmiləri ABŞ-nin nüvə zənginləşdirməsinə tam son qoymaq çağırışlarını rədd edib və nüvə yanacağı istehsal etmək hüquqlarından heç vaxt imtina etməyəcəklərini vurğulayıblar. Digər tərəfdən “Axios” nəşri yazıb ki, ABŞ-nin yazılı təklifi danışıqları dalana dirəyən məsələni həll etmək cəhdidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki