image-reklam-veteninfo
image-1backend

ABŞ İrana zərbələrdən iki saat əvvəl xəbərdarlıq edib: ABŞ müdafiə nazirinin keçmiş müşaviri

image-reklam-veteninfo

Vaşinqton hücumdan iki saat əvvəl Tehrana İranın nüvə obyektlərinə zərbə endirmək niyyəti barədə xəbərdarlıq edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində ABŞ müdafiə nazirinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor yazıb.

“Mən aydınlaşdırmaq istərdim. Birləşmiş Ştatlar nüvə obyektlərinə zərbə endirməzdən iki saat əvvəl İrana hücum barədə xəbərdarlıq edib”, – o qeyd edib.

ABŞ prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, İslam Respublikasının hakimiyyət orqanları ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırdığından son ana qədər xəbəri olmayıb. Tramp həmçinin bildirib ki, heç kim ABŞ-ın Fordo nüvə obyektinə hücum edəcəyini ağlına belə gətirə bilməzdi, çünki o, toxunulmaz hesab edilirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki