image-rrrbackend

ABŞ İranı hədələdi

image-reklam_sirab_01

ABŞ Dövlət Departamentinin sözçüsü Mett Millet İranın ballistik raketlərinin 2000 kilometr mənzilli yeni ballistik raket sınağı ilə regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, gündəlik mətbuat konfransında sualları cavablandıran Miller İranın orta mənzilli ballistik raket sınağından xəbərdar olduqlarını bildirib və “İranın ballistik raketləri inkişaf etdirməsi və yerləşdirməsi regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır” deyib.

İranın ballistik raket proqramının daha da inkişafının, eləcə də raketlərin və əlaqəli texnologiyanın digər ölkələrə yayılmasının qarşısını almaq üçün sanksiyalar da daxil olmaqla müxtəlif ehtiyat vasitələrindən istifadə etməyə davam etdiklərini bildirən Miller deyib:

“BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsində İranın raket proqramı fəaliyyətlərinə qoyulan məhdudiyyətlərə baxmayaraq, İran qətnamənin müddəalarına zidd olaraq xarici təchizatçılardan müxtəlif raket texnologiyaları almağa və ballistik raket sınaqları keçirməyə davam edir. Daha əvvəl dediyimiz kimi, nüvə silahı sahibi bir İran güman ki, daha da təxribatçı ola bilər, buna görə də biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qətiyyətliyik”.

Qeyd edək ki, İran paytaxt Tehranda yüksək səviyyəli hərbçilərin iştirakı ilə keçirilən proqramda Xeybər (Hürrəmşəhr-4) adlı orta mənzilli ballistik raketini təqdim edib.

Dövlət televiziyası raketin buraxılması və sonra hədəfi vurması görüntülərini də nümayiş etdirib.

Qurudan quruya 2 min kilometr məsafəyə malik olan maye yanacaqla işləyən ballistik raket “Xeybər” 1500 kiloqram döyüş başlığı daşıya bilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki